BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini həmişə düşündüyünü deyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Səudiyyə Ərəbistanında jurnalistlərə bildirib.

Jurnalistlərin İran və Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü və Ukraynadakı münaqişə ilə bağlı sualını cavablandırarkən deyib: “Mən bu barədə danışmaq istəmirəm, amma mən həmişə ikinci dərəcəli sanksiyaların mümkünlüyünü düşünürəm”.

Amerika prezidentinin sözlərinə görə, İrana qarşı ikinci dərəcəli sanksiyalar ölkəni iflasa aparıb:

“Ümid edirəm ki, düzgün qərar qəbul edəcəklər. Bu, çox sadədir: problem bu və ya digər şəkildə həll ediləcək. Onlar nüvə silahı əldə edə bilməzlər. Biz onların bunu etməsinə nə dinc, nə də çox da dostcasına olmayan yolla imkan verəcəyik”.