BAKI, 24 aprel. TELEQRAF
Aprelin 25-də İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr nazir müavinləri səviyyəsində olacaq. Türkiyə və Rusiyanı görüşdə xarici işlər nazirlərinin müavinləri Nuh Yılmazla Mixail Boqdanov təmsil edəcək.
Görüşdə əsas müzakirə mövzuları regional problemlər, xüsusilə də Suriya və Fələstin məsələləri olacaq. Tərəflər bu mövzular üzrə geniş fikir mübadiləsi aparacaqlar.