BAKI, 23 aprel. TELEQRAF

Fələstin Prezidenti Məhmud Abbas HƏMAS-ı Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, Qəzza zolağında baş verən müharibənin dayandırılmasının ən əsas prioritet olduğunu bildirib.

Prezident HƏMAS-a müraciət edərək, israillilərə döyüş əməliyyatlarını davam etdirmək üçün bəhanə verməmək məqsədilə girovların azad edilməsinin vacibliyini vurğulayıb. O, hər gün Qəzzada yüzlərlə insanın həyatını itirdiyini və bunun dayandırılmasının vacib olduğunu söyləyib.

Həmçinin, HƏMAS-a Qəzza zolağında silah və idarəetməni Fələstin Milli Administrasiyasına (FMA) verməyi və özlərini siyasi partiyaya çevirməyi təklif edib.

Qeyd edək ki, aprelin 17-də HƏMAS İsrailin son təklifini yerinə yetirilməsi mümkün olmayan şərtlər kimi qiymətləndirib.