BAKI, 10 aprel. TELEQRAF

Rusiyada fəaliyyət göstərən “Tsargrad TV” mərhum siyasətçi Vladimir Jirinovskinin İranla bağlı proqnozunu yayımlayıb.

Teleqraf xəbər verir ki, məlumatda onun illər əvvəl İranın parçalanacağını proqnozlaşdırdığı bildirilir.

Kanalın materialında deyilir:

“Vladimir Jirinovski Yaxın Şərqdəki siyasi intriqalardan yaxşı xəbərdar idi. Onun proqnozları bəzən həqiqətən qorxunc olurdu.

Jirinovskinin 2030-cu ilə qədərki İranla bağlı proqnozu bugünkü hadisələrə çox bənzəyir:

“İran məhv ola bilər. Anti-İran qüvvələr onun yerində ayrıca İran Azərbaycanı (Güney Azərbaycan), fars, türkmən və bəluc dövlətləri yaratmağa çalışacaqlar. Ölkənin bölünməsi çoxlu sayda qaçqının şimala - Qafqaza və Türkmənistana üz tutması ilə nəticələnəcək”.

Artıq bu gün ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sentyabrına qədər İranı yer üzündən siləcəyinə söz verib”.