
BAKI, 22 mart. TELEQRAF
Livan parlamentinin sədri Nəbih Berri ölkəsinin təxribata sürükləndiyini və İsrailin bundan istifadə edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, spikerə görə, İsrail həm Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT) 1701 saylı qətnaməsini, həm də atəşkəs razılaşmasını 1500-dən dəfədən çox pozub.
İsrailin addımlarına baxmayaraq, Livan və Hizbullahın atəşkəs razılaşmasının bütün maddələrinə sadiq qaldığını vurğulayan Berri xalqı Təl-Əvivin təxribatları qarşısında bir olmağa çağırıb.