BAKI, 18 mart. TELEQRAF

HƏMAS bütün girovları qaytarmasa, İsrailin zərbələri daha da güclənəcək.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“Qatil HƏMAS anlamalıdır ki, bütün girovlarımızı azad etməsə, zərbələrimiz daha da güclənəcək”, - nazir bildirib.

Həmçinin İsrail Müdafiə Qüvvələri Qəzza zolağı boyunca HƏMAS və “İslami Cihad” hərəkatlarının hədəflərinə zərbələr endirməkdə davam etdiyini açıqlayıb.

İsrail ordusunun bəyanatında deyilir ki, son bir neçə saat ərzində vurulan hədəflər arasında sözügedən təşkilatların hücrələri, raket mövqeləri, silahları və digər hərbi infrastrukturları olub.