BAKI, 9 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXI turunda “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə qolları Aleksandr Ramalinqom (45+2-ci dəq), Naxçıvan təmsilçisindən isə Ba-Muaka Simakala (63) və Rahil Məmmədov (90+3, ö.q) vurub.
Bu nəticədən sonra “Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 41 xala malik “Sumqayıt” isə 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, günün ilk matçında “Qəbələ” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib. Tura mayın 10-da yekun vurulacaq.