BAKI, 8 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İrandan atılan raket və dronların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi zamanı üç nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum ümumilikdə İrandan ölkə ərazisinə iki ballistik raket və üç dronun atıldığını bəyan edib.

BƏƏ Müdafiə Nazirliyi bu gün səhər saatlarında İrandan atılan raketlər və PUA-ların məhv edildiyini açıqlamışdı.