BAKI, 9 may. TELEQRAF
İran daxilində bir-birinə rəqib qruplar, xüsusən də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) artan təsiri ABŞ ilə danışıq səylərini çətinləşdirir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” danışıqlarla tanış olan mənbələrə istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, İranın siyasi liderləri, eləcə də Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi diplomatik prosesdə iştiraka davam etsə də, istənilən razılaşmanı qəbul etmək və ya rədd etmək səlahiyyəti SEPAH-dadır.
Mənbə müharibənin İnqilab Keşikçilərinin İranda mövqeyini gücləndirdiyini, bunun da radikal qruplara münaqişəni uzatmaq üçün stimul verdiyini bildirir.
Nəşr əlavə edir ki, vasitəçilər Tehrandakı gecikmələr və daxili mübahisələrin Vaşinqtonla razılaşma səylərini çətinləşdirə biləcəyindən narahatdırlar.