BAKI, 10 may. TELEQRAF

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda qlobal xam neft ehtiyatlarının sürətlə azaldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, "Goldman Sachs" şirkətinin ekspertləri görünən neft ehtiyatlarının artıq 2018-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşdığını qeyd ediblər. Buna səbəb kimi isə Hörmüz boğazında davam edən blokada göstərilir.

"JPMorgan Chase & Co." şirkətinin qlobal xammal araşdırmaları şöbəsinin rəhbəri Nataşa Kaneva bildirib ki, hazırkı vəziyyət yanacaq çatışmazlığı və birjalarda qiymətlərin kəskin artımı riskini artırır.

Onun sözlərinə görə, dünya enerji sisteminin minimal fəaliyyətini qorumaq üçün müəyyən həcmdə ehtiyatlara ehtiyac var və İndoneziya, Vyetnam, Pakistan və Filippin kimi ölkələrdə ciddi təchizat problemləri artıq bir ay ərzində yarana bilər.