BAKI, 9 may. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubuna hücumu nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
"Sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla, bütün ailə üzvləri həlak olub. Xilasedicilər dağıntıları təmizləməyə davam etdikləri üçün qurbanların sayı arta bilər" - məlumatda qeyd olunur