BAKI, 7 may. TELEQRAF

“Müharibədə qalib gəldik, amma savaşımız hələ bitməyib. Heç bir ölkənin İrana hücum etməyə cəsarət edə bilməyəcəyi nöqtəyə çatmalıyıq”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Yədullah Cavani deyib.

“Müharibədən sonra amerikalılar dəhşətə gəliblər, çox narahatdırlar. Bu, möminlərin qəlbində əmin-amanlıq və sülh, düşmənlərdə isə qorxu və dəhşət yaradacağımızı bəyan edən ilahi vəddir”, - SEPAH rəsmisi bildirib.