BAKI, 9 may. TELEQRAF
“İkinci Dünya müharibəsi bütün bəşəriyyət üçün dərs olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
“İkinci Dünya müharibəsi bütün bəşəriyyət üçün böyük dərs olmalıdır. Ümumiyyətlə, bütün müharibələr ağrı, əzab və kədər gətirir”, - dövlət başçısı bildirib.
Japarov qeyd edib ki, İkinci Dünya müharibəsində qələbə SSRİ xalqlarının cəsarəti, igidliyi və dözümlülüyü sayəsində əldə edilib.