BAKI, 9 may. TELEQRAF
“Qalatasaray” 2025/2026 mövsümündə Türkiyə Super Liqasının çempionu olub.
Teleqraf xəbər verir ki, “sarı-qırmızılılar” buna 33-cü turda RAMS Parkda “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edərək nail olub.
Beləliklə, “Qalatasaray” ən yaxın izləyicisi “Fənərbağça” ilə 4 xallıq fərqi qoruyaraq mövsümün başa çatmasına 1 tur qalmış tarixində 26-cı dəfə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, son 19 mövsümdə ən çox (4) çempionluq sevincini “Qalatasaray”ın baş məşqçisi Okan Buruk yaşayıb.
Türk futbolunun əfsanəvi baş məşqçisi Fatih Terim isə “Qalatasaray”la 2011/2012, 2012/2013, 2017/2018 və 2018/2019 mövsümlərində 4 dəfə çempion olub.