BAKI, 10 may. TELEQRAF
Konqo Demokratik Respublikasının şimal-şərqində silahlı qruplaşmaların hücumları nəticəsində azı 69 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi ölkənin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumlar İturi əyalətində yerləşən ucqar kəndlərə edilib. Ölənlərin böyük əksəriyyətinin mülki şəxslər olduğu bildirilir.
Konqo hakimiyyəti hücumların arxasında “Konqonun İnkişafı Kooperativi” adlı silahlı qruplaşmanın dayandığını ehtimal edir.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və insidentlə bağlı araşdırma aparılır.