BAKI, 8 may. TELEQRAF
“Ordu ordusu Hörmüz boğazını, ölkənin su, quru və hava sərhədlərini düşmənlərin üzünə bağlayarkən, hökumət virtual məkanı və İranın kiberməkan coğrafiyasını həmin rejimlərin ixtiyarına verə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Tehranın “Əmr Bə Məruf” qərargahının katibi Ruhullah Möminnəsəb deyib.
“Mərhum ali rəhbər Əli Xamenei qayıtmadığı kimi virtual məkan (internet) da heç bir halda əvvəlki vəziyyətinə qaytarılmamalıdır”, - o bildirib.
Xatırladaq ki, fevralın 21-də ABŞ və İsrailin İrana hava hücumu başlayandan bu ölkədə internetə məhdudiyyətlər qoyulub.