BAKI, 7 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp özünün əsas tələblərindən biri olan İrandan zənginləşdirilmiş uranın çıxarılması məsələsində israrlıdır, bu şərt yerinə yetirilmədən heç bir razılaşma olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla İsrailin N12 telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, ABŞ Prezidenti İsrail Baş naziri Benyamin Netanyahuya bildirib ki, zənginləşdirilmiş uran İrandan çıxarılmadan hansısa saziş imzalanmayacaq.

Həmçinin mənbə qeyd edib ki, Tehran 60 faizlik zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə daşınması məsələsində müəyyən fəallıq göstərsə də, əsas fikir ayrılığı bu materialın hansı ölkəyə göndəriləcəyi ilə bağlıdır.