BAKI, 9 may. TELEQRAF

Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Vilayəti-Fəqih” ideologiyası ilə əlaqəli təşkilat ifşa edilib və onun 41 üzvü həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkənin təhlükəsizlik orqanları İranın agentura şəbəkəsi və qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Təşkilatla əlaqəli şəxslərin müəyyən olunması və digər məsələlərlə əlaqədar axtarış-istintaq əməliyyatları davam edir.