BAKI, 10 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə İranla mümkün razılaşma perspektivlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş mayın 9-da ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilib. Tərəflər əsas diqqəti müharibənin dayandırılması üçün qarşılıqlı anlaşma memorandumunun hazırlanması yollarına yönəldiblər.
"Axios" yazır ki, ABŞ hələlik İranın təqdim olunan memorandum layihəsinə cavabını almayıb.
Portalın mənbələrinin bildirdiyinə görə, Qətər, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı razılaşmanın əldə olunması üçün koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Qeyd olunur ki, vasitəçi ölkələr tərəfləri gərginliyi azaltmağa və razılaşmanın əldə olunmasına fokuslanmağa çağırır.