BAKI, 7 may. TELEQRAF

Səudiyyə Ərəbistanı İranla davam edən hərbi gərginlik fonunda ABŞ-yə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “I24 News” məlumat yayıb.

Mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanı İranın hücumlarına qarşı kifayət qədər hava müdafiəsi təmin edilənə qədər ABŞ-nin hərbi bazalarına və hava məkanına girişini məhdudlaşdıracaq.