BAKI, 9 may. TELEQRAF
İsrail ordusunun 2 martdan bəri Livana hücumları nəticəsində ölənlərin sayı 36 nəfər artaraq 2795-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar nəticəsində ölənlərin sayı 2795-ə, yaralıların sayı isə 8586-ya çatıb.
Ölkədəki məcburi köçkünlərin sayı 1 milyonu keçib.