BAKI, 9 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş danışıqlar xatirinə keçirilməməlidir, son nöqtə olmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Ukrayna tərəfi, cənab Zelenski, şəxsi görüş keçirməyə hazırdır. Bu tədbirdə iştirak etmək və ya nəyisə imzalamaq danışıqlar naminə olmamalıdır. Bu, son nöqtə olmalıdır”, - deyə Putin jurnalistlərlə görüşdə bildirib.