BAKI, 9 may. TELEQRAF

Böyük Britaniya “HMS Dragon” hərbi gəmisini Hörmüz boğazında ticarət və mülki gəmilərin təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün missiyaya qoşulmaq üçün Yaxın Şərqə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kral Dəniz Qüvvələrinin gəmisi Britaniya-Fransa birgə təşəbbüsünə qoşulmaq üçün bölgəyə göndərilib.