BAKI, 9 may. TELEQRAF

İranın Ali rəhbəri Müctəba Xamenei üz, qol, yuxarı bədən hissəsi və ayağı əhatə edən ağır yanıq xəsarətləri səbəbilə təcrid olunmuş vəziyyətdə müalicə alır.

Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının hesabatına istinadla məlumat yayıb.

Hesabata görə, yeni ali rəhbər elektron cihazlardan istifadə etmir, bəzi insanlarla yalnız şəxsən və ya kuryer vasitəsilə əlaqə saxlayır.

“Müctəba Xameneinin müharibə strategiyasının formalaşmasında rolu olsa da, birbaşa iştirak edə bilməməsi səbəbindən SEPAH komandanlığı parlament sədri Məhəmməd Baqir Qalibafla birgə gündəlik işləri idarə edir. İranın ali rəhbərinin gedişatla bağlı hansısa əmr verdiyinə dair əlamət yoxdur”, - mənbə qeyd edib.