XOCAVƏND, 23 sentyabr. TELEQRAF
Xocavənddə baş verən qəza zamanı 2 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobillərinin toquşması nəticəsində 1979-cu il təvəllüdlü Beyləqan rayon Yuxarı Aran kənd sakini Qarayev Elnur Eldar oğlu və Beyləqan rayon Örənqala kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Səxavət Ələm oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb