ŞƏMKİR, 23 sentyabr. TELEQRAF

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

1957-ci il təvəllüdlü Gəncə şəhər sakini Almaz Qasımova aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

Qəza yerinə polis əməkaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.