BAKI, 21 dekabr. TELEQRAF
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, həmçinin regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər ticarət, nəqliyyat bağlantıları və insanlararası münasibətlər sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda regional sülhün və inkişafın təmin olunması naminə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.