BAKI, 21 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Tolstoy adına Beynəlxalq Sülh Mükafatını Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mükafatın təqdimetmə mərasimi bu gün keçiriləcək:
"Bu gün çox mühüm tədbir baş tutacaq. Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Tolstoy adına Sülh Mükafatı ilə təltif ediləcəklər. Bu, son dərəcə əhəmiyyətli mükafatdır. Onlara mükafat bir neçə ay əvvəl verilib, bu gün isə rəsmi təqdimetmə mərasimi keçiriləcək”.