
BAKI, 16 fevral. TELEQRAF
Ordunun İordan çayının qərb sahilinə reydləri zamanı İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qüds yaxınlığında yerləşən Əl-İssəviyyə qəsəbəsində reyd keçirib. Keçirilən reyd yerli sakinlərlə toqquşmaya səbəb olub. Hərbçilər Cenin bölgəsində də bir gənci həbs edib.
Eyni zamanda, Qalkilya şəhərində İsrail qüvvələrinin 36 yaşlı fələstinliyə hücum edərək onu döydüyü, nəticədə onun xəstəxanaya yerləşdirildiyi bildirilib.
İsrail hərbçiləri bölgədə davam edən əməliyyatların silahlı fələstinli yaraqlıların mümkün hərəkətlərinin qarşısını almaq məqsədi daşıdığını açıqlayıb.