BAKI, 1 iyul. TELEQRAF

ABŞ şirkətləri Azərbaycan tərəfdaşları ilə 8 milyard dollardan çox dəyərdə yeni investisiya sazişləri imzalayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Biləşmiş Ştatların müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq regional bağlantı, iqtisadi investisiyalar, innovasiya və təhlükəsizlik sahələrini əhatə edir:

“Ötən ay Bakı Enerji Həftəsi və ABŞ–Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri Azərbaycan tərəfdaşları ilə süni intellekt, bulud texnologiyaları, qabaqcıl materiallar və digər yeni nəsil texnologiyalar üzrə 8 milyard dollardan çox dəyərində sazişlər imzalayıb”.

Diplomat vurğulayıb ki, bu layihələr hər iki ölkədə iqtisadi artıma və qarşılıqlı rifahın güclənməsinə xidmət edəcək.