BAKI, 20 noyabr. TELEQRAF
Koreya Cənubi Qafqazda Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşıdır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov Koreya Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
O qeyd edib ki, Koreya şirkətləri və investorlarının Azərbaycana artan marağı müsbət qiymətləndirilir:
“İki ölkə arasında tarixi və mədəni oxşarlıqlar əməkdaşlığın inkişafına təkan verir. Yüksək səviyyəli görüşlər və parlamentlərarası əlaqələr siyasi dialoqun möhkəmlənməsinə töhfə verir”.