BAKI, 21 noyabr. TELEQRAF
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb.