BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycan ilə Vyetnam arasında birbaşa aviareyslərin açılması məsələsi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşündə bildirilib.

Görüşdə həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edilib. Bundan əlavə, tikinti və turizm istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.