Danimarkanın Baş naziri Mette Frederiksen Yeni il müraciətində siyasi səhvlərini etiraf edib.
Teleqraf xəbər verir ki, o, bu barədə ölkəsinin “TV2” telekanalının efirində bildirib.
Dövlət rəsmisi eyni zamanda 2026-cı il seçkilərində qalib gələ bilməyəcəyini də etiraf edib:
“Mən altı ildən çoxdur ki, sizin Baş nazirinizəm. Mənə ünvanlanan bəzi tənqidlər haqlıdır”.
Frederiksenin sözlərinə görə, o, həmişə xalqı lazımınca dinləməyib.
Baş nazir həmçinin ölkədəki yüksək ərzaq qiymətləri problemini həll etmək üçün kifayət qədər tədbirlər görmədiyini də etiraf edib.