BAKI, 2 yanvar. TELEQRAF
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2025-ci ildə 23,818 milyard dollar artıb.
Teleqraf bu barədə Bloomberg Milyarderlər İndeksinə əsasən məlumat verir.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanov son bir ildə 6,04 milyard dollar qazanaraq sərvətini 19,3 milyard dollara çatdırıb. "Ural Mining and Metallurgical Company"nin qurucusu İsgəndər Mahmudovun sərvəti isə 478 milyard dollar artıb.
Eyni zamanda, Telegram-ın həmtəsisçisi Pavel Durov 2025-ci ildə 3,38 milyard dollar qazanıb. Onun sərvəti 14,4 milyard dollara çatıb. "Wildberries"in yaradıcısı, RVB-nin (Wildberries və Russ-un birləşmiş şirkəti) rəhbəri Tatyana Kim isə 515 milyon dollar qazanıb, sərvətini 78 milyard dollara yüksəlib.
Ötən il ən böyük maliyyə itkisinə iş adamı Mixail Fridman məruz qalıb. Onun sərvəti 4,7 milyard dollar azalaraq 10,1 milyard dollara düşüb.