BAKI, 2 yanvar. TELEQRAF
Yakutiyanın Suntar kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində üçü uşaq olmaqla beş nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsi zamanı evdə beş nəfərin cəsədi aşkarlanıb. Hadisə yerinə altı nəfər şəxsi heyət və iki texnika cəlb olunub. Yanğının sahəsi 24 kvadratmetr təşkil edib.
Faktla bağlı Yakutiya Respublikasının İstintaq Komitəsi tərəfindən prosessual araşdırmaya başlanılıb.