BAKI, 26 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin də bildirdiyi kimi, AZAL-a məxsus təyyarə Rusiya hava müdafiə sistemləri tərəfindən vurulub.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Bu yaxınlarda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin imzası ilə Azərbaycana məktub göndərilib və həmin insidentlə bağlı cinayət işinə xitam verildiyi bildirilib. Bu, bizdə ciddi suallar və təəccüb doğurur. Azərbaycanın müvafiq orqanı cavab məktubu təqdim edib. Rəsmi Bakı iki ölkə lideri arasında əldə olunmuş razılaşmalara sadiq qalınmasını istəyir və bu istiqamətdə müvafiq işlərin aparılmasını gözləyir, kompensasiya tələb edir”,- o qeyd edib.