BAKI, 30 dekabr. TELEQRAF

"Azərbaycan vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətlə bağlı medianın sualına cavabında bildirib.

Onun sözlərinə görə, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir:

"Azərbaycan vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".