BAKI, 2 yanvar. TELEQRAF
2024-cü ildə AZAL-ın sırf sərnişin daşımadan gəlirləri ilk dəfə olaraq 1 milyard manatı keçib.
Teleqraf şirkətin 2024-cü il üzrə maliyyə hesabatına istinadən məlumat verir ki, hesabat ilində AZAL-ın sərnişin daşımalarından gəlirləri 1 milyard 92 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 367 milyon manat çoxdur.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə AZAL-ın sərnişin daşıma gəlirləri cəmi 725 milyon manat idi.