BAKI, 2 yanvar. TELEQRAF

Əbu-Dabidə Yeni il gecəsi təşkil olunan atəşfəşanlıq dünyanın ən uzunmüddətli salyutu kimi tarixə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "SHOT" kanalı məlumat yayıb.

Məlumata görə, bayram şousu 62 dəqiqə davam edib. Yeni il proqramı çərçivəsində təxminən 40 min atəşfəşanlıq mərmisi buraxılıb, həmçinin səma şousunda 6,5 mindən çox dron istifadə olunub.

Əldə olunan nailiyyətin Ginnesin Rekordlar Kitabına daxil ediləcəyi bildirilir.