BAKI, 26 dekabr. TELEQRAF
"Azərbaycan 2026-cı ildə də Ermənistandan mina xəritələrinin təqdim edilməsini tələb edəcək".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Bu, ölkəmiz üçün son dərəcə ağrılı və həssas məsələdir. Ermənistan isə bütün mina xəritələrini təqdim etdiyini bəyan edir. Lakin bu iddianın doğru olub-olmadığını söyləmək çətindir”,- o qeyd edib.