BAKI, 2 yanvar. TELEQRAF
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq, buzlaşma ehtimalı var.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
"Bu gün ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Eyni zamanda gecə saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimal olunur",- məlumatda qeyd olunub.