BAKI, 2 yanvar. TELEQRAF

Fransanın "Nitsa" klubu Almaniyanın "Ayntraxt Frankfurt” komandasından Elye Vahini icarəyə götürüb.

Teleqraf xəbər verir ki, 22 yaşlı fransalı hücumçu mövsümün sonuna qədər "Nitsa"da çıxış edəcək.

İcarə müqaviləsində oyunçunu birdəfəlik satın alma bəndi nəzərdə tutulmayıb. Bundesliqa klubu bu keçid üçün 1,5 milyon avro təzminat alacaq, futbolçunun maaşını isə tam olaraq "Nitsa" ödəyəcək.

Qeyd edək ki, Vahi cari mövsümdə keçirdiyi 14 oyunda cəmi 1 qol vurub.

Xatırladaq ki, “Ayntraxt Frankfurt” yanvarın 21-də “Qarabağ”ın qonağı olacaq.