BAKI, 26 dekabr. TELEQRAF
"İşğal dövründə Qarabağa qanunsuz səfər edən şəxslər "qara siyahı"ya daxil edilib. Həmin siyahı hazırda da qüvvədədir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, işğal dövründə Azərbaycanın icazəsi olmadan həmin ərazilərə qanunsuz səfər etmiş şəxslər ölkənin qara siyahısına daxil edilib:
“Hazırda bu siyahı qüvvədədir. 2000-dən çox şəxsin adı oradadır. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də "qara siyahı"dadırlar".