BAKI, 26 dekabr. TELEQRAF

"Azərbaycan və Ermənistan arasında təmaslar 2026-cı ildə də davam edəcək".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, son aylarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında bir sıra təmaslar baş tutub.

Onun sözlərinə görə, ekspertlər və beyin mərkəzləri səviyyəsində artıq iki səfər gerçəkləşib:

"Ümumi razılıq var ki, bu proseslər davam etdirilsin. İlk dəfə delimitasiya komissiyasının 12-ci iclası Qəbələdə keçirildi. Böyük ehtimalla 2026-cı ildə bu proses Ermənistanda da həyata keçiriləcək. Bu təmasların davamını görəcəyik", – Ceyhun Bayramov əlavə edib.