BAKI, 26 dekabr. TELEQRAF

"Rəsmi İrəvandan bildirilib ki, TRIPP layihəsinin Ermənistandan keçən hissəsi Rusiya dəmir yolu infrastrukturuna aid deyil".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan TRIPP layihəsi ilə bağlı öhdəlik götürərkən bu məqamları nəzərə alıb:

"Rusiya Ermənistanın dəmir yolları ilə müqavilə imzalayıb və bu sənəd 2038-ci ilə qədər qüvvədə qalacaq. Lakin Ermənistanın açıqladığı mövqe belədir ki, dəmir yolunun TRIPP layihəsindən keçən hissəsi Rusiyaya aid deyil. Onların izahına görə, bu müqavilə imzalananda həmin dəmir yolu mövcud olmayıb və mövcud olmayan infrastrukturu müqaviləyə daxil etmək mümkün deyil".