BAKI, 26 dekabr. TELEQRAF

"Biz "Azadlığın Müdafiə Aktı"na 907-ci düzəliş tam ləğv edilməsinə nikbin baxırıq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətləri üçün çox məhsuldar və zəngin il olub:

"8 avqust tarixində Vaşinqton Sammitinin önəmli nəticələrindən biri o idi ki, 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalanıb. Zamanında bu sənədin qəbul edilməsi böyük ədalətsizlik idi və heç bir əsası yox idi. Bu düzəlişi qüvvədə saxlamağı məntiqsiz hesab edirik. Onun ləğvi ilə bağlı konkret addımlar atılmalıdır.

Florida ştatından olan konqresmen qanunverici təşəbbüs irəli sürülüb. 907-ci düzəlişə xitam verilməsi ABŞ-Azərbaycan münasibətlərində yeni imkanların yaranmasına yol açacaq. Biz bu düzəlişin tam aradan qaldırılmasına nikbin baxırıq".