BAKI, 2 yanvar. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro Qərb demokratiyası modelinin tənəzzül mərhələsinə daxil olduğunu və Qərb ölkələrinin hökumətlərinin faktiki olaraq öz vətəndaşlarının maraqlarını təmsil etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, ispan jurnalist İqnasiо Ramonеyə verdiyi müsahibədə danışıb.
Maduronun sözlərinə görə, Qərbdə liberal demokratiya adlandırılan model artıq xalqın maraqlarına xidmət etmir.
“Şübhəsiz ki, liberal adlandırılan Qərb demokratiyası yekun tənəzzül mərhələsinə daxil olub. O, artıq xalqı təmsil etmir. Bu, insanı olmayan, manipulyasiya olunan demokratiyalardır”, - deyə Venesuela lideri vurğulayıb.
O qeyd edib ki, Qərb hökumətləri əsasən azlıqların, milyarderlərin və iri korporasiyaların maraqları naminə fəaliyyət göstərir. Maduro əlavə edib ki, vəziyyət rəqəmsal platformaların total təsiri ilə daha da ağırlaşır və Qərb cəmiyyəti sosial şəbəkələrdə emosional manipulyasiyalara tabe vəziyyətə düşüb.