BAKI, 29 dekabr. TELEQRAF

Azərbaycan Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Somalidə son hadisələrə dair bəyanatında vurğulanıb.

Bildirilib ki, Somali "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir:

"Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb. Azərbaycan bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır".