BAKI, 26 dekabr. TELEQRAF
"2025-ci il ərzində Azərbaycan humanitar yardım və təhsil dəstəyi istiqamətində aktiv fəaliyyət göstərib".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib:
"Ukraynaya göstərilən yardımın həcmi isə 75 milyon manata çatıb".
Ceyhun Bayramov həmçinin vurğulayıb ki, Azərbaycan xalqımızla etnik və mədəni bağları olan digər xalqlar üçün də təhsil qrantlarının ayrılması istiqamətində dəstəyi davam etdirir.